...

Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının komandanı ilə görüşüb (FOTO)

Siyasət Materials 30 Mart 2016 15:31 (UTC +04:00)
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının komandanı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 30-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan K.Heydərov bildirib ki, dost Azərbaycan və Misir arasında əlaqələr gündən-günə möhkəmlənir. O, əlavə edib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur.

Səmimi görüşə görə təşəkkürünü bildirən general-mayor Ə.İbrahimi ölkəmizdə gördüyü yüksək qonaqpərvərlikdən bəhs edərək vurğulayıb ki, Misirin müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri var.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti