...

Azərbaycanla Misir arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO)

Siyasət Materials 30 Mart 2016 15:47 (UTC +04:00)
Martın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Misir arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Martın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirib.

İki ölkənin hərbi sahədə əlaqələrinə toxunan general-polkovnik Z.Həsənov ölkələrimizin müvafiq qurumları arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib.

General-mayor Ə.İbrahimi Misir dövlətinin dostluq münasibətlərində olduğu Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu, bunun üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlərin genişləndirilməsinin vacibliyi, eləcə də terrorizmə qarşı birgə mübarizə, döyüş təcrübəsi sahəsində əldə edilən biliklərin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti