...

Son günlər şəhid olan hərbçilərin və ya ailələrinin bank borcları silinə bilər

Siyasət Materials 5 Aprel 2016 13:44 (UTC +04:00)
Milli Məclisdə cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar üçün güzəştlərin tətbiq edilməsi təklif edilir.
Son günlər şəhid olan hərbçilərin və ya ailələrinin bank borcları silinə bilər

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar üçün güzəştlərin tətbiq edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib.

O bildirib ki, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar son gərginliklər zamanı fədakarlıq nümayiş etdirdi.

Q.Paşayeva həçminin ordumuzun son uğurlu əməliyyatları zaman şəhid olan hərbçilərimizin və ya onların aillərinin banklara olan borcların banklar tərəfindən silinməsini təklif edib.

Deputat deyib ki, banklar tərəfindən şəhid ailələrinin borclarının silinməsi cəmiyyət tərəfindən çox müsbət qarşılanar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti