...

Elmar Məmmədyarov: Ermənistan danışıqlar prosesini əngəlləyir və bütün təşəbbüsləri rədd edir

Siyasət Materials 5 Aprel 2016 14:51 (UTC +04:00)
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-ə CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış edib.
Elmar Məmmədyarov: Ermənistan danışıqlar prosesini əngəlləyir və bütün təşəbbüsləri rədd edir

Bakı. Trend:

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-ə CNN kanalında jurnalist Beki Andersonun "Connect the World" proqramında çıxış edib.

XİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, nazir E.Məmmədyarov cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməlləri haqqında məlumat verib.

Nazir E.Məmmədyarov qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir.

Nazir E.Məmmədyarov yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib.

Ermənistanın hər bir vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti