...

Malta və Makedoniya prezidentləri Bakıya səfər edəcəklər

Siyasət Materials 16 Aprel 2016 15:47 (UTC +04:00)
2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Malta Prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya Prezidenti George İvanov da Bakıya gələcək.
Malta və Makedoniya prezidentləri Bakıya səfər edəcəklər

Bakı. Trend:

2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Malta Prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya Prezidenti George İvanov da Bakıya gələcək.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti