...

Vladimir Yakunin: Bakıda BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu biznes üçün böyük əhəmiyyətə malikdir

Siyasət Materials 25 Aprel 2016 17:19 (UTC +04:00)
Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu biznes üçün böyük əhəmiyyətə malikdir.
Vladimir Yakunin: Bakıda BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu biznes üçün böyük əhəmiyyətə malikdir

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu biznes üçün böyük əhəmiyyətə malikdir. Bunu Bakıda Trend-ə Rusiya Dəmir Yollarının sabiq rəhbəri, Andrey Pervozvannıy Fondunun Himayədarlar Şurasının sədri Vladimir Yakunin deyb.

O, qeyd edib: "Deyə bilərəm ki, biznes bu foruma maraq göstərir və ona cəlb olunub. Mən xarici və ya milli biznesdən asılı olmayaraq, olduğu ölkənin sosial inkişafına cəlb olunması məsələlərinə laqeydlik göstərən heç bir iri biznesmen görməmişəm".

V.Yakunin qeyd edib ki, biznesin sosial məsuliyyətini anlamaq baxımından Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti