...

Ekspert: Nüvə silahından istifadə təhdidləri Ermənistanın özünə problem yarada bilər

Siyasət Materials 29 Aprel 2016 18:02 (UTC +04:00)
Ermənistanın nüvə silahından istifadə etmək təhdidləri yalnız Ermənistanın özü üçün hüquqi və siyasi problemlər yarada bilər.
Ekspert: Nüvə silahından istifadə təhdidləri Ermənistanın özünə problem yarada bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

Ermənistanın nüvə silahından istifadə etmək təhdidləri yalnız Ermənistanın özü üçün hüquqi və siyasi problemlər yarada bilər. Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.

Ekspert bildirib ki, bu təhdid heç bir çərçivəyə sığmır: "Əgər Ermənistanın nüvə silahı varsa, bununla müvafiq beynəlxalq qurumlar məşğul olmalıdır ki, məsələni aydınlaşdırsınlar".

Onun sözlərinə görə, əgər Ermənistan köhnəlmiş "Metsamor" AES-i nəzərdə tutursa, onda hər şey onlar üçün daha pisdir: "Ermənistan rəhbərliyi ölkəni qəsdən məhvə aparır. İstənilən halda bu bəyanatlara inanmaq lazım deyil. Ankara və Bakı bu bəyanatın hüquqi tərəfi ilə məşğul olmalıdırlar".

Ekspert əlavə edib ki, "Metsamor" AES təhlükəsizliyə təhdiddir və bu məsələni təcili araşdırmaq lazımdır.

Qeyd edək ki, Ermənistanın sabiq Baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqratyan mətbuat konfransında bildirmişdi ki, Ermənistanın atom silahı var.

Jurnalistlərin məsələni aydınlaşdırmaq xahişinə cavab olaraq Q.Baqratyan demişdi ki, Ermənistanın atom silahını yaratmaq üçün imkanları var və əlavə edib: "Bizim atom silahımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti