...

Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 May 2016 18:03 (UTC +04:00)
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram".

X X X

Koreya Respublikasının Prezidenti Pak Kın Hedən: "Zati-aliləri, Respublika Günü münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını ürəkdən təbrik edirəm.

Qarşıdakı illərdə də ölkələrimiz və xalqlarımız arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olacağına və həmçinin əlaqələrimizin möhkəmlənəcəyinə ümidvaram.

Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı və dost ölkənizə davamlı firavanlıq arzularımı qəbul edəsiniz.

X X X

Niderlandın Kralı Villem-Aleksandrdan: "Zati-aliləri, Azərbaycan xalqının Milli Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırır və Azərbaycan xalqına əmin-amanlıq diləyirəm".

X X X

İrlandiyanın Prezidenti Maykl Higginsdən: "Hörmətli cənab Prezident, Respublika Günü münasibətilə İrlandiya xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

X X X

Filippin Respublikasının Prezidenti III Beniqno Akinodan: "Filippin Respublikası hökuməti və xalqı adından Zati-alinizi Milli Bayramınız münasibətilə təbrik edirəm.

Ümid edirəm ki, ikitərəfli əlaqələrimiz, xüsusilə siyasi, iqtisadi və mədəniyyət sahələrində genişlənən əməkdaşlıq xalqlarımız və beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərdə birgə səylərimiz vasitəsilə daha da möhkəmlənəcək.

Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqını sülh və tərəqqiyə aparmaq yolunda müvəffəqiyyət arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti