...

Ekspert: "Metsamor" AES "Fukusima"nın taleyini yaşaya bilər

Siyasət Materials 18 May 2016 16:07 (UTC +04:00)
"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistanla sərhəd ölkələr deyil, bütün dünya üçün təhlükədir.
Ekspert: "Metsamor" AES "Fukusima"nın taleyini yaşaya bilər

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova - Trend:

"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistanla sərhəd ölkələr deyil, bütün dünya üçün təhlükədir. Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" beynəlxalq araşdırma mərkəzinin prezidenti Yusuf Çinar deyib.

Onun sözlərinə görə, "Metsamor" AES istənilən an Yaponiyanın "Fukusima-1" AES-nin taleyini yaşaya bilər.

Ekspert əlavə edib ki, elmi məruzələrə əsasən elektrik stansiyasının istismar müddəti çoxdan başa çatıb.

Y.Çinarın sözlərinə görə, Avropa İttifaqının stansiyanı bağlamaqla bağlı çoxsaylı çağırışlarına Ermənistan heç bir reaksiya vermədi ki, bunun da iki səbəbi var: "Birincisi, Ermənistan "Metsamor" AES-in hesabına öz enerji tələbatını ödəyir. İkinci səbəb isə siyasidir: atom elektrik stansiyası Türkiyə və Azərbaycanın yaxınlığında yerləşir və bu ölkələrin təhlükəsizliyinə təhdid törətməyə davam edir".

O qeyd edib ki, dünya ictimaiyyəti bu real təhlükəyə lazımi diqqət ayırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti