Bakı. Anaxanım Hidayətova - Trend:
Aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin eskalasiyası ciddi narahatlıq doğurur. Trend-in məlumatına görə, bunu Avstriya Federal Prezidenti Haynts Fişer "The Business Year" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması üzrə yeganə düzgün platformadır.
Prezident əlavə edib ki, çoxtərəfli diplomatiyaya xüsusi önəm verir və Avstriya ATƏT-də Almaniyanın uğurlu sədrliyi əsasında sədrlik edəcək.