...

Elmar Məmmədyarov: Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır (YENİLƏNİB)

Siyasət Materials 30 İyun 2016 15:01 (UTC +04:00)
Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.
Elmar Məmmədyarov: Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib: “Azərbaycan və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Azərbaycanda Almaniyanın çox sayda şirkəti fəaliyyət göstərir. Əminik ki, Azərbaycanın təklif etdiyi enerji və iqtisadi layihələr Almaniyaya maraqlı olacaq".

F.V. Ştaynmayerin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda yeni güclü oyunçudur: "Keçmişdə qaldırılan bəzi məsələlərdə də irəliləyə bilmişik. Şadam ki, Azərbaycan bu sahədə irəliləyişlər əldə edə bilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti