Bakı. Rufiz Hafizoğlu - Trend:
Rəsmi Ankara Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasına müsbət yanaşır.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, Azərbaycan da hər baxımdan həmin əməkdaşlıq formatını dəstəkləyir: "Türkiyə qonşu ölkələr arasında münasibətlərin hərtərəfli inkişafında maraqlıdır".
Səfir əlavə edib ki, əməkdaşlığın bu formatı Balkan və Cənubi Qafqaz regionlarında uğurla tətbiq edilir.