...

Exit-poll: Seçicilərin 88,9 faizi Konstitusiyada dəyişikliklərə "hə" deyib (YENİLƏNİB)

Siyasət Materials 26 Sentyabr 2016 20:20 (UTC +04:00)
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "AJF& Associates" təşkilatı Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.
Exit-poll: Seçicilərin 88,9 faizi Konstitusiyada dəyişikliklərə "hə" deyib (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "AJF& Associates" təşkilatı Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində "exit-poll" keçirilib. Ümumilikdə "exit-poll"a 900 sorğuçu, 60 supervayzer cəlb olunub.

"AJF& Associates" təşkilatının icraçı direktoru Corc Brinbaun bildirib ki, "exit-poll"da 32 400 seçici iştirak edib. Seçicilərin 88,9 faizi Konstitusiyada dəyişikliklərə "hə" deyib.

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 87,3 faizi konstitusiyada icra hakimiyyətləri strukturunda dəyişikliyə razı olduğunu deyib.

Bundan başqa, Azərbaycanın ərazisinin təhlükəsizliyinin təmin olunması ilə bağlı dəyişikliyə 89,7 faiz "bəli" deyib. İnsan hüquqları ilə bağlı dəyişikliklərə 88,3 faiz razılığını bildirib. Sosial təminatla bağlı dəyişikliklərə isə 86,5 faiz raz olduğunu qeyd edib.

"Exit-poll"un nəticəsinə əsasən, ümumilikdə referendumda seçici fəallığı 67,5 faiz təşkil edib.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti