...

Azərbaycan və İran daha bir sahədə razılığa gəldilər

Siyasət Materials 11 Noyabr 2016 15:20 (UTC +04:00)
İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.
Azərbaycan və İran daha bir sahədə razılığa gəldilər

Bakı. Trend:

İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.

Gəmiçilikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın son illər əldə etdiyi uğurların, paytaxt Bakının göz oxşamasının onlarda xoş təəssürat yaratdığını bildirən PMO-nun nümayəndəsi Cabbar Cəlilian daha sonra təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib və QSC ilə birgə layihələrin icrasının mümkünlüyünə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizinin dostluq, əməkdaşlıq və sülh dənizi olması fikrini qonaqların diqqətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan dənizçilərinin dost və qonşu ölkənin şirkətləri ilə gəmiçilik sahəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. QSC-nin ölkə başçısının müvafiq sərəncamı ilə 3 il əvvəl yaradıldığını bildirən sədr kollektivin qısa müddət ərzində qazandığı uğurlar və qarşıda duran vəzifələrdən də söz açıb.

Tərəflər görüş zamanı ətraflı fikir mübadiləsi apardıqları yükdaşımalar, gəmi təmiri, dəniz dibinin dərinləşdirilməsi, agent xidmətləri, Xəzərdənkənar hövzələrdə fəaliyyət, dənizçilik təhsili sahələrində birgə əməkdaşlığın zəruriliyi haqqında razılığa gəliblər.

Görüşdən sonra qonaqlar Gəmiçiliyin muzeyi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti