...

Türkiyəli nazirlər Azərbaycana gəlir

Siyasət Materials 26 Noyabr 2016 14:16 (UTC +04:00)
Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcının gələn həftə Azərbaycana səfəri gözlənilir.
Türkiyəli nazirlər Azərbaycana gəlir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcının gələn həftə Azərbaycana səfəri gözlənilir.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

N.Avcının Şəkidə TÜRKSOY ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü iclasında iştirak edəcəyi bildirilir.

Toplantıda 2017-ci il üçün "Türkdilli ölkələrin mədəniyyət paytaxtı" seçiləcək.

Bundan başqa, noyabrın 28-29-da Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslanın Azərbaycana işgüzar səfəri gözlənilir.

Ə.Arslan türkdilli ölkələrin İKT üzrə işçi qrupunun iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti