...

Nazir: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir (ÖZƏL)

Siyasət Materials 30 Noyabr 2016 09:08 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Nazir: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir.

Nazir əlavə edib: "Bu prinsipə əsaslanaraq, Ankara və Bakı arasında strateji əlaqələr mövcuddur və inkişaf edir".

Türkiyə və Azərbaycanın bütün beynəlxalq platformalarda hər zaman bir-birini dəstəklədiyini deyən nazir qeyd edib ki, bu fakt Ankaranı sevindirir.

Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksələn templə inkişaf edəcək: "Bu, bizim dövlətlərimiz və xalqlarımız üçün vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti