Bakı. Elmira Tariverdiyeva - Trend:
İranla “altılıq” ölkələri arasındakı nüvə danışıqları bu cür danışıqlar üçün nümunə ola bilər.
Trend-in məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani deyib. O, bu danışıqların regionda sabitliyə və təhlükəsizliyə gətirib çıxaracağını deyib.
Prezidentin sözlərinə görə, İran Qərb dövlətləri ilə danışıqlarda dini lider ayətulla Əli Xamneyinin kompromis siyasəti sayəsində yeni cığır açıb.
H.Ruhani qeyd edib ki, nüvə sazişi bütün tərəflər üçün uğurlu razılaşmadır.