...

Gürcüstan Prezidenti Azərbaycana gələcək

Siyasət Materials 23 Fevral 2017 10:25 (UTC +04:00)
Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.
Gürcüstan Prezidenti Azərbaycana gələcək

Bakı. Elçin Mehdiyev - Trend:

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir.

İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti