...

Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” hamı üçün faydalı olacaq (YENİLƏNİB)

Siyasət Materials 23 Fevral 2017 17:10 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi”nin keçdiyi bütün ölkələr bu layihədən yalnız fayda görəcək.
Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” hamı üçün faydalı olacaq (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi”nin keçdiyi bütün ölkələr bu layihədən yalnız fayda görəcək.

Trend bildirir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi zamanı istənilən yubanmadan qaçmaq, eləcə də onun qrafikə uyğun icrasını təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti