...

İsraillə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edildi

Siyasət Materials 16 İyun 2017 18:57
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə 2016-cı il dekabrın 13-də Bakı şəhərində təsdiq olunmuş memoranduma əsasən sərəncam imzalayıb.
İsraillə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə 2016-cı il dekabrın 13-də Bakı şəhərində təsdiq olunmuş memoranduma əsasən sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Komissiyanın üzvləri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Yəhya Musayev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatınazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Niyazi Rəhimov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

Ramin Məmmədov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Ziya Əliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti