...

Avropa Komissiyası və “Şərq tərəfdaşlığı” üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib

Siyasət Materials 11 İyul 2017 12:19 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Avropa İttfaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və “Şərq tərəfdaşlığı” ölkələrinin digər nümayəndələri ilə görüşüb.

Trend-in Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, görüş iyulun 10-da Kişinyovda “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər və energetika nazirliklərinin rəhbərlərinin 9-cu qeyri-rəsmi iclasında keçirilib.

Y.Han qeyd edib ki, Aİ tərəfdaş-ölkələrə enerji effektivliyinin gücləndirilməsi ilə bağlı dəstək göstərməkdə davam edəcək:

“Bu sahədə iqtisadi cəhətdən effektiv siyasətin tətbiq edilməsi enerji təhlükəsizliyinin artırılması, rəqabətqabiliyyətlilik, iqtisadi artımın stimullaşdırılması iş yerlərinin yaradılmasının əsas amillərindən biridir, eləcə də iqlim dəyişikliyinin qarşısının alınmasına xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti