...

Şefçoviç: "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var

Siyasət Materials 13 İyul 2017 10:51 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.
Şefçoviç: "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Gürcüstana rəsmi səfəri ərəfəsində deyib.

Vitse-prezident əlavə edib ki, Gürcüstan "Cənub Qaz Dəhlizi" layihəsində əsas tranzit rolunu oynayır.

Qeyd edək ki, M.Şefçoviç Gürcüstana səfəri çərçivəsində enerji təhlükəsizliyi və enerji bazarlarının şaxələndirilməsi məsələlərinin də müzakirə olunacağı "Regional sabitliyin təmin edilməsi" mövzusunda Batumi beynəlxalq konfransında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti