...

Səfir Elxan Poluxov etimadnamələrini Surinam prezidentinə təqdim edib (FOTO)

Siyasət Materials 25 Avqust 2017 19:09 (UTC +04:00)
İqamətgahı Brasiliya şəhərində olan Azərbaycannın Surinamdakı səfiri Elxan Poluxov etimadnamələrini Surinam Prezidenti Desire Delano Bouterseye təqdim edib.
Səfir Elxan Poluxov etimadnamələrini Surinam prezidentinə təqdim edib (FOTO)

Bakı. Trend:

İqamətgahı Brasiliya şəhərində olan Azərbaycannın Surinamdakı səfiri Elxan Poluxov etimadnamələrini Surinam Prezidenti Desire Delano Bouterseye təqdim edib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfirə işində uğurlar arzulayıb.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinamda səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Sonra E.Poluxov Surinam Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti