Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və Azərbaycan arasında münasibətlər bütün İslam dünyası üçün nümunədir.
Trend-in məlumatına görə, bunu Ankarada İslam ölkələri arasında münasibətlərə həsr olunmuş konfransda Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
B.Bozdağ qeyd edib ki, Türkiyə və Azərbaycan “bir millət – iki dövlətdir”.
Nazir müavini onu da bəyan edib ki, bütün müsəlman ölkələri daha da güclü olmaları üçün öz aralarında münasibətlərini inkişaf etdirməlidir.