...

Bəxtiyar Sadıqov: Avropa Şurası Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb?

Siyasət Materials 28 Sentyabr 2017 16:03 (UTC +04:00)
Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddia ilə danışması çox təəssüf və təəccüb doğurur.
Bəxtiyar Sadıqov: Avropa Şurası Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb?

Bakı. Samir Əli - Trend:

Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddia ilə danışması çox təəssüf və təəccüb doğurur.

Bu barədə Trend-ə açıqlamasında millət vəkil Bəxtiyar Sadıqov deyib.

Onun sözlərinə görə, Avropa Şurasının konkret cinayət törətdiyi üçün həbs edilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etməsi əsassızdır: "Əvvəla, Avropa Şurasının on minlərlə qərarı var ki, bu gün icra olunmur. Hətta bu qurumun Ermənistanla bağlı minlərlə qərarı var və bu gün həmin qərarların heç biri yerinə yetirilməyib. Necə ola bilər ki, on minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Nə üçün digər dövlətlərə qarşı bu cür mövqe nümayiş etdirilmir, amma Azərbaycanla ultimatum dilində danışılır".

B.Sadıqov qeyd edib ki, Avropa Şurasına üzvlük müddətində Azərbaycan yalnız davamlı təzyiqlər, ikili standartlar, qarayaxma kampaniyası ilə üzləşib:

"Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllinə kömək göstərib? Avropa Şurasının özündən soruşmaq lazımdır ki, Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyyəsi də əmr formasına keçir. Mən belə hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir, Azərbaycanda qanun və qanunun aliliyi var. Azərbaycan bu məsələyə qanun çərçivəsində baxıb müvafiq qərar qəbul edəcək. Azərbaycana qarşı ultimativ şəkildə danışmaq yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti