...

İlham Əliyev: Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında dialoqun genişləndirilməsinə mühüm töhfə verir

Siyasət Materials 28 Sentyabr 2017 17:12 (UTC +04:00)
Azərbaycanın və Rusiyanın dövlət qurumları rəhbərlərinin, işgüzar dairələrin və aparıcı ekspert ictimaiyyətinin nümayəndələrinin illik görüşləri xoş ənənəyə və ölkələrimizin həyatında əlamətdar hadisəyə çevrilib.
İlham Əliyev: Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında dialoqun genişləndirilməsinə mühüm töhfə verir

Stavropol. Elçin Mehdiyev - Trend:

Azərbaycanın və Rusiyanın dövlət qurumları rəhbərlərinin, işgüzar dairələrin və aparıcı ekspert ictimaiyyətinin nümayəndələrinin illik görüşləri xoş ənənəyə və ölkələrimizin həyatında əlamətdar hadisəyə çevrilib.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciətində bildirib.

Müraciəti Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.

Müraciətdə qeyd olunur: "Bu gün tamamilə aydındır ki, regionlararası forumlar qarşılıqlı maraqları göstərən aktual məsələlərin müzakirə olunduğu nüfuzlu meydan qismində möhkəmlənə bilib. Əlamətdar haldır ki, diqqət mərkəzinizdə hər zaman ticarət-iqtisadidən tutmuş humanitar sahəyədək əməkdaşlığın prioritet istiqamətləri yer alır. Bu forumlarda qarşılıqlı fəaliyyətin əsas aspektləri nəzərdən keçirilir, müqavilələr və sazişlər imzalanır, biznes layihələri təşviq edilir, gələcək təşəbbüslər üçün əlaqələr yaradılır. Şübhəsiz ki, bütün bunlar iki ölkə arasında konstruktiv dialoqun gələcəkdə genişləndirilməsinə mühüm töhfə verir, yeni perspektivlər və imkanlar yaradır, Azərbaycan-Rusiya əlaqələrinə yeni təkan verir.

Əminəm ki, cari işgüzar proqram çərçivəsində yeni ideyalar və birgə layihələrimiz meydana çıxacaq və onların reallaşdırılması Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi işində daha bir addım olacaq. Sizə uğurlu və səmərəli iş arzulayıram!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti