Ümummilli lideri Heydər Əliyevin xatirəsi Sofiyada anılıb (FOTO)

Ümummilli lideri Heydər Əliyevin xatirəsi Sofiyada anılıb (FOTO)

Bakı. Trend:

Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider, tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü anılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak edib.

Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqının taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyət ümummilli lider Heydər Əliyevin xalqa sevgi və xidmət amalına söykənən ideyaları ilə nəinki min illərin sınağından çıxmış mədəniyyətimizi, tariximizi və milli dövlətçiliyimizi qoruduğunu, eyni zamanda xalqın tarixi şəxsiyyət ətrafında birləşməsinə əyani nümunə olduğunu ifadə edib. N.Qurbanova 1969-cu ildə ulu öndərin rəhbərliyə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısının alındığını və inkişafa nail olunduğunu xatırladıb, dahi siyasi xadimin 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dövlətə çevrilməsinin səbəbkarı olduğunu qeyd edib. Diplomat müstəqilliyin ilk illərinə Azərbaycan cəmiyyətinin parçalanma təhlükəsi ilə üzləşdiyini, milli birlik və həmrəylik ideyalarından uzaq düşdüyünü, məhz belə bir şəraitdə ulu öndərin milli dövlətçiliyi xilas etmək naminə 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycan xalqını uçurumdan hifz etdiyini vurğulayıb.

Ulu öndərin müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsini qoyduğunu və dövlətimizin dünya birliyinin tamhüquqlu üzvünə çevrilməsinə zəmin yaratdığını söyləyən səfir qısa zaman kəsiyində həyata keçirilən diplomatik addımlar sayəsində “Əsrin müqaviləsi”nin imzalandığını, regional və qlobal enerji təminatçısına çevrilmiş Azərbaycanın dünya birliyinə fəal inteqrasiya olunduğunu qeyd edib. N.Qurbanova müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi kimi qlobal layihələrin aparıcı qüvvəsinə çevrilməsini qonaqların diqqətinə çatdırıb.

Ümummilli liderin siyasi mühitin əlverişli məqamlarından hər zaman milli kimlik və şüurun oyanışı naminə diplomatik tərzdə istifadə etməyi bacardığını xatırladan səfir ulu öndərin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətindəki düşüncələrini xalqımızın birliyinin siyasi və elmi-nəzəri əsaslarını formalaşdırdığını qeyd edib. N.Qurbanova dahi siyasi xadimin dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid amalımız ətrafında birləşdirilməsinin ideya müəllifi olduğunu, xaricdə yaşayan soydaşlarımızın müqəddəs Azərbaycan torpağına bağlılığına söykənən azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu vurğulayıb və bu gün azərbaycançılığın həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici ünsürə çevrildiyini ifadə edib. Səfir məhz ulu öndərin qayğısı ilə müstəqil Azərbaycan Respublikasının müxtəlif dövrlərdə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımızın fəxarət və mənəvi dayaq yerinə çevrildiyini anım iştirakçılarının diqqətinə çatdırıb. Ulu öndəri yad edərkən belə onun ideyalarından bəhrələnərək soydaşlarımızı və Azərbaycanın dostlarını bir yerə topladıqlarını ifadə edən diplomat ulu öndərin fəaliyyətinə həsr olunan filmdə də məhz onun azərbaycançılıq ideyalarının, xaricdə yaşayan həmvətənlərimizə və Azərbaycanın dostlarına olan diqqətinin daha çox işıqlandırıldığını vurğulayıb.

Daha sonra N.Qurbanova ümummilli lider Heydər Əliyevin siyasi kursunun onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini, Azərbaycan beynəlxalq arenada nüfuz və mövqeyini daha da gücləndirdiyini söyləmiş və hazırda hər bir soydaşımızın güclü sosial-iqtisadi inkişafı ilə Azərbaycanın regionun lideri dövlətinə çevrilməsindən, güclü və dönməz müstəqilliyindən fəxr hissi duyduğunu vurğulayıb. Səfir çıxışın sonunda məhz bu nailiyyət və uğurların xalqımızı vahid bayraq altında birləşdirmiş ulu öndər Heydər Əliyevin xatirəsinə dərin hörmətin ifadəsi olduğunu qeyd edib.

Səfir N.Qurbanovanın çıxışından sonra ümummilli lider Heydər Əliyevin həyatından, onun azərbaycançılıq ideyaları və xaricdə yaşayan həmvətənlərimizə olan qayğı və diqqətindən bəhs edən film nümayiş etdirilib.

Mərasimin sonunda səfirliyin inzibati binasında ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Loading Bars
Xəbər lenti
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bütün xəbərlər