Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.