...

MSK: Azərbaycan Konstitusiyasına əsasən, dövlət başçısının növbədənkənar prezident seçkiləri təyin etmək hüququ var

Siyasət Materials 6 Fevral 2018 16:08 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına əsasən, dövlət başçısı növbədənkənar prezident seçkiləri təyin etmək hüququna malikdir.
MSK: Azərbaycan Konstitusiyasına əsasən, dövlət başçısının növbədənkənar prezident seçkiləri təyin etmək hüququ var

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Konstitusiyasına əsasən, dövlət başçısı növbədənkənar prezident seçkiləri təyin etmək hüququna malikdir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, Prezident İlham Əliyev bu hüququndan istifadə edərək növbədənkənar prezident seçkiləri təyin edib.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti