...

Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı (YENİLƏNİB-2)

Siyasət Materials 7 Mart 2018 16:17 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı (YENİLƏNİB-2)

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Trend-in məlumatına görə, iclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Əvvəlcə Z.Orucun namizədliyinin qeydə alınması məsələsinə baxılıb və qeyd olunub ki, onun namizədliyinin müdafiəsi üçün təqdim edilən imzalar və müvafiq sənədlər namizdədliyin qeydə alınması üçün əsaslar yaradır.

Sonra Z.Orucun prezidentliyə namizədliyi qeydə alınıb.

Daha sonra A.Əlizadənin namizədliyinin qeydə alınması məsələsinə baxılıb və bildirilib ki, onun namizədliyin qeydə alınması üçün hüquqi əsasların olduğu müəyyən edilib.

A.Əlizadənin namizədliyinin qeydə alınması səsə qoyulub və təsdiq olunub.

Bundan sonra Q.Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb və onun namizədliyinin müdafiəsi üçün təqdim olunan imzaların və müvafiq sənədlərin yoxlanması nəticəsində namizədliyin qeydə alınması üçün hüquqi əsasların mövcud olduğu diqqətə çatdırılıb.

Q.Həsənquliyevin namizədliyinin qeydə alınması səsə qoyulub və qəbul edilib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti