...

Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 12 Mart 2018 12:08 (UTC +04:00)
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycana rəsmi səfərə gəlib.
Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Bakı. Trend:

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir G.Kvirikaşvilini Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti