...

MDB dövlətlərinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək (FOTO)

Siyasət Materials 27 Aprel 2018 12:13 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikasının daxili işlər naziri general-polkovnik Ramazon Raximzoda arasında görüş keçirilib.
MDB dövlətlərinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikasının daxili işlər naziri general-polkovnik Ramazon Raximzoda arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi sahədə səmimi dost münasibətlərin olmasının iqtisadi və ticari əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına köməklik edəcəyi vurğulanıb.

MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi və sədrliyin Azərbaycana keçməsinin planlaşdırıldığı qeyd olunub.

Görüş zamanı səfir Həsən Məmmədzadə iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan vətəndaşlarının miqrasiya məsələlərin həlli istiqamətində müzakirələr aparıb. Həmçinin iki qurum arasında tələbə mübadiləsinin aparılması birgə kurslarda iştirak və digər maraq doğuran məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti