...

Lavrovla Məmmədyarov arasında telefon danışığı olub

Siyasət Materials 27 Aprel 2018 13:31 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında qarşı tərəfin təklifi əsasında telefon danışığı olub.
Lavrovla Məmmədyarov arasında telefon danışığı olub

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında qarşı tərəfin təklifi əsasında telefon danışığı olub.

Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Məlumata görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti