...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdən fotosessiya

Siyasət Materials 29 May 2018 02:12 (UTC +04:00)
Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdən fotosessiya

Bakı. Trend:

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilib.

Tədbirdə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar nümayiş olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda bayram ediləcəyinə əminlik ifadə olunub.

Bakı Kristal Zalındakı konsert proqramı canlı olaraq Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda da yayımlanıb. Konsert proqramının sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.

Konsertdən fotosessiyanı sizə təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti