...

Millət vəkili: Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət aparmaq gücündə deyil

Siyasət Materials 19 Sentyabr 2018 17:33 (UTC +04:00)
Bu gün Ermənistanın Azərbaycanla rəqabət aparması qeyri-mümkündür.
Millət vəkili: Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət aparmaq gücündə deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Ermənistanın Azərbaycanla rəqabət aparması qeyri-mümkündür. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycanla Ermənistan arasında artıq böyük bir uçurum yaranıb:

“Azərbaycan gündən-günə inkişaf edir, iqtisadi gücü artır, qlobal layihələr həyata keçirir, regionda güc sahibinə çevrilib, eyni zamanda Azərbaycanın müasir hərbi texnikalarla təchiz olunmuş ordusu var. Ermənistanda isə tamamilə əks proses baş verir, hər hansı bir inkişafdan söhbət gedə bilməz, ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürür, hər il çoxlu sayda insan ölkədən qaçır”.

Deputat qeyd edib ki, Ermənistan rəhbərliyinə gəlmiş yeni dəstə isə heç də öz sələflərindən geri qalmır:

“Baş nazir Nikol Paşinyan bir-birinə zidd və sərsəm bəyanatları ilə göstərdi ki, o, hələ də siyasətin nə olduğunu anlamır. Bu gün bir şey deyir, sabah tamam başqa şey. Onun bu məsuliyyətsiz davranışı vəziyyəti daha da gərginləşdirir, ermənilər silahlı təxribata da əl atır, lakin hər zaman olduğu kimi, qüdrətli ordumuz onların layiqli cavabını verir. Elə bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı təxribat zamanı ordumuzun erməniləri geri oturtması buna bir nümunədir. Ümumiyyətlə, Ermənistan çox ağır vəziyyətdir, ordusu Azərbaycan Ordusu ilə rəqabət aparmaq gücündə deyil”.

Millət vəkili vurğulayıb ki, Ermənistan hakimiyyəti bundan bir dərs çıxarmalıdır, əks halda hadisələrin bu cür davam etməsi Ermənistana yaxşı heç nə vəd etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti