...

Britaniyalı parlamentari: Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir

Siyasət Materials 21 Sentyabr 2018 15:41 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Britaniyalı parlamentari: Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Blekmen bildirib.

O deyib ki, Azərbaycan parlamentinin 100 illik yubileyinin qeyd edilməsi böyük tarixi əhəmiyyətə malik hadisədir: "Azərbaycanda 100 il əvvəl qadınlara seçki hüququ verilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu, lakin Azərbaycan xalqı 70 ildən sonra öz müstəqilliyini bərpa etdi".

Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayan B.Blekmen qeyd edib ki, Britaniya Azərbaycan iqtisadiyyatında yaxından iştirak edir: "Bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir. Keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır".

Parlamentari bildirib ki, bu gün demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib: "Ölkə mühüm beynəlxalq tədbirlərə, o cümlədən “Eurovision” mahnı müsabiqəsinə, Avropa Oyunlarına, Formula 1 yarışlarına uğurla ev sahibliyi edib. Mən son 8 il ərzində Azərbaycanda 6 dəfə olmuşam və ölkədəki inkişafın canlı şahidiyəm".

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə edən Böyük Britaniya parlamentinin deputatı deyib: “Uzun müddətdir davam edən bu münaqişə qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti