...

Ekspert: "Sofiya"nın fikirləri qlobal miqyasda Azərbaycan haqqında formalaşan müsbət rəyin göstəricisidir

Siyasət Materials 24 Oktyabr 2018 13:14 (UTC +04:00)
"Sofiya"nın fikirləri qlobal miqyasda Azərbaycan haqqında formalaşan müsbət rəyin göstəricisidir.
Ekspert: "Sofiya"nın fikirləri qlobal miqyasda Azərbaycan haqqında formalaşan müsbət rəyin göstəricisidir

Bakı. Samir Əli - Trend:

"Sofiya" robotunun Azərbaycana gəlişi və ölkəmizlə tanışlığa bölgədən başlaması ümumən ölkəmizin, ilk növbədə, regionlarımızın dəyişməsinə dünyanın diqqət yetirməsinin əlaməti kimi qəbul edilə bilər.

Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, bu fakt Azərbaycanın İKT sektoru və yeni elm sahələrinin inkişaf etdirilməsinə üstünlük verdiyinin beynəlxalq təsdiqidir:

"Sofiya" sosial hinoid robotunun Azərbaycan dilində danışmağa göstərdiyi həvəs dünyada dilimizə marağın yüksəlməsinə təsir göstərəcək. Azərbaycan gənc dövlət olsa da, böyuk layihələrə və müasir texnologiyalara prioritet yanaşması "Sofiya"nın diqqətindən yayınmadı. Bu bizim üçün çox mühüm faktdır. Sözsüz ki, "Sofiya"nın süni intellektinin quraşdırılmasında iştirakçı və maraqlı dünya mərkəzləri var. Bu təsdiq edir ki, Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar və multikultural dəyərlərin reallaşması sahəsində əldə etdiyi nəticələr dünyanın maraq dairəsindədir və pozitiv şəkildə izlənilir".

Baş redaktor qeyd edib ki, Dünya İqtisadi Forumunun elə bu günlərdə Azərbaycanı bir sıra göstəricilər üzrə dünyanın qabaqcıl ölkələri ilə bir sıraya salmasının ardınca "Sofiya"nın mülahizələri təsdiqləyici faktor kimi özünü göstərir:

"Dünyanın hələlik ən ağıllı robotu sayılan və bəzi reaksiyaları ilə insana daha çox bənzərlik nümayiş etdirən "Sofiya"nın yaddaşında Azərbaycanın bu şəkildə həkk olunması tarix boyu yaşayacaq. "Sofiya" bizim ölkəmizi böyük layihələr, müasir texnologiyalar məkanı kımı, Azərbaycan Prezidentini isə bu inkişafın müəllifi kimi tanıdı. "Sofiya" Azərbaycanın süni intellektli ən maraqlı təbliğatçılarından biri olacaq, Azərbaycanı özü tanıdığı kimi də tanıtdıracaq. Ümumiyyətlə, "Sofiya"nın Azərbaycan haqqında fikirləri qlobal miqyasda ölkəmiz barədə formalaşan müsbət rəyin göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti