...

Akif Əlizadə: Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üzrə işçi qrupu yaxın günlərdə yaradılacaq

Siyasət Materials 1 Noyabr 2018 16:16 (UTC +04:00)
Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üzrə işçi qrupu yaxın günlərdə yaradılacaq.
Akif Əlizadə: Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üzrə işçi qrupu yaxın günlərdə yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün işçi qrupunun yaxın günlərdə yaradılacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, M.Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün böyük əhəmiyyət kəsb edir.

A.Əlizadə əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən M.Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirilməsi çox müsbət haldır: "Qalıqların Müşfiqə aid olub-olmamasına gəldikdə, bunu DNK analizinin nəticəsi və elmi araşdırmalar deyə bilər. Güman edirəm ki, yaradılacaq işçi qrupunun bu məsələ üzrə fəaliyyətinin nəticəsini görəcəyik".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, M.Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti