QHT-lərə Dövlət Dəstəyi Şurası yeni xidmətlər tətbiq edəcək (FOTO)

QHT-lərə Dövlət Dəstəyi Şurası yeni xidmətlər tətbiq edəcək (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildən etibarən yeni xidmətlər tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT-nin iştirakı ilə keçirilən ictimai dinləmədə deyib.

A.Quliyev qeyd edib ki, “Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Onun sözlərinə görə, bu proqram, ekspertlərlə yanaşı, müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində ölkənin bütün vətəndaşlarına bilavasitə iştirak etmək imkanı yaradacaq.

Şura sədri bildirib ki, təqdim edilən ikinci yenilik - müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. O qeyd edib ki, təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır.

A.Quliyev vurğulayıb ki, layihələrin idarə edilməsi və e-hesabat proqramı Şuranın təqdim etdiyi növbəti yenilikdir: “Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək”.

Millət vəkili qeyd edib ki, Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” proqramıdır: “Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlarında bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlılığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlılıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər.

Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:

"5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir; 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir; 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir; 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür”.

Şura sədri vurğulayıb ki, “Konsultativ dəstək üzrə onlayn xidmət” Şuranın növbəti ildən tətbiq edəcəyi yenilikdir. Onun sözlərinə görə, Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti onlayn formada təşkil edəcək.

Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək. Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək.

A.Quliyevin sözlərinə görə, yeniliklərdən biri də QHTinnovasiya.az saytının yaradılmasıdır. Onun sözlərinə görə, bu saytın yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların aradan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etmək və digər səbəblərdir. Saytın strukturu əsasən İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı bölmələrindən ibarət olacaq.

Deputat əlavə edib ki, Şura tərəfindən təklifi olunan növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların Apellyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır: “Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apellyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apellyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apellyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (videogörüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq”.

A.Quliyev bildirib ki, Şuranın təklif etdiyi sonuncu yenilik “QHT Şurası” mobil tətbiqetmə proqramı haqdadır: “Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumun cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir".

Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
Loading Bars
Xəbər lenti
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Bütün xəbərlər