...

Baş Qərargah rəisi: Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayırıq

Siyasət Materials 17 Yanvar 2019 13:53 (UTC +04:00)
İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.
Baş Qərargah rəisi: Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayırıq

Bakı. Elçin Mehdiyev – Trend:

İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri deyib.

O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsələlərinin həll olunmasını istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti