...

Elmar Məmmədyarov Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 26 Fevral 2019 22:04 (UTC +04:00)

Bakı. Trend:

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verdi və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs etdi.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti