...

Eldar Əzizov: Bakı sürətlə inkişaf edir (YENİLƏNİB)

Siyasət Materials 7 May 2019 11:28 (UTC +04:00)
Bu gün Bakı ən gözəl şəhərlərin sırasındadır.
Eldar Əzizov: Bakı sürətlə inkişaf edir (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakı ən gözəl şəhərlərin sırasındadır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenumda deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Bakı Prezident İlham Əliyevin sərəncamları ilə aparılan işlər nəticəsində ciddi şəkildə inkişaf edir:

"Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib. Bu gün Bakı ən gözəl şəhərlər sırasındadır. Bakının gələcək inkişafını sürətləndirmək üçün yeni baş plan hazırlanır. Sürətli və ciddi inkişaf bəzi problemlərin yaranmasına da səbəb olur. Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir. Buna görə də müvafiq qurumlarla birgə işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti