...

“TurAz Qartalı-2019” birgə təlimləri davam edir (FOTO/VİDEO)

Siyasət Materials 5 Sentyabr 2019 19:35 (UTC +04:00)
“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları davam edir.
“TurAz Qartalı-2019” birgə təlimləri davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları davam edir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə sentyabrın 2-dən ölkəmizdə “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri başlayıb.

Təlimlərdə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235” “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski” UH-70, CH-47 “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti