• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Şuhrat Barlas: Yerevanda nasistlərə heykəl qoyurlar və sülh haqqında yalan təbliğat yayırlar

11 Noyabr 2019 15:31 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistan hakimiyyəti dövlət siyasətinin sülh və təhlükəslizliyin dəstəklənməsinə yönəldiyi barədə mifi yaymaqda davam edir, amma əslində biz bunun tam əksini müşahidə edirik.

Bunu Trend-ə Özbəkistan yazıçısı, publisist və ictimai xadim Şuhrat Barlas deyib.

O bildirib ki, Ermənistan hakimiyyətinin apardığı yalan siyasətinin sadə sübutu var:

“Məşhur nasist Njdeyə Yerevanın mərkəzində ucaldılmış abidə, onun şəxsiyyətini təsdiq edən fakt və sənədlərə baxmayaraq, hələ də sökülməyib. Özü də məhz Ermənistan bu cür faktlara aidiyyəti olan beynəlxalq sənədlərə əhəmiyyət vermir. BMT Baş Assambleyasının qəbul etdiyi nasizm və neonasizmin qəhrəmanlaşdırılmasına qarşı və onların nəticələrinin aradan qaldırılması ilə bağlı qətnaməsi bunun təsdiqidir. Bu vacib sənəd Ermənistanda faşizmin təbliğatının dövlət siyasəti səviyyəsinə qaldırılmasına qarşı vasitə kimi istifadə oluna bilər”.

Ş.Barlas bildirib ki, Yerevanda faşizmin əlaltılarına heykəllər qoyulması ölkənin imicini şübhə altına alır:

“Faşist cəlladı Ter-Arutyunyanın Ermənistanda qəhrəmanlaşdırılmasını necə izah etmək olar? Ermənistanda onun adına meydanların, küçələrin olmasını, Yerevanın mərkəzində 6 metr hündürlükdə heykəlinin ucaldılmasını nə ilə əsaslandırmaq olar? Bu, həmin adamdır ki, “Almaniya üçün ölən, Ermənistan üçün də ölür” şüarını səsləndirib”.

Özbək yazıçı bildirib ki, hazırkı şəraitdə MDB məkanında bütün ölkələrin Böyük Vətən müharibəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərməsi zərurəti var:

“Ermənistan hökumətinin faşizmi pisləyən beynəlxalq qətnamələri diqqətə almaması və nasizmin əlaltılarını dəstəkləməkdə davam etməsi dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır”.

Onun sözlərinə görə, əgər faşizm tarixi və ideologiyası ilə Ermənistan hakimiyyətinin siyasətini müqayisə etsək, çoxlu oxşar cəhətlər tapmaq olar:

“Məsələ ondadır ki, Ermənistanın keçmiş və indiki hakimiyyətlərinin siyasəti hər zaman insanlığa, bəşəriyyətə və humanizm ideyalarına qarşı yönəlib və bu da faşizm ideologiyası ilə üst-üstə düşür. Ona görə də tamamilə aydındır ki, Hitler Almaniyası üçün vuruşmuş cinayətkar və faşistə Yerevanda heykəl qoyulması hökuməti qətiyyən narahat etmir. Əksinə, onlar bu fakta bəraət qazandırmağa və onu milli qəhrəman səviyyəsinə ucaltmağa çalışırlar. Amma bu ölkənin hakimiyyəti başa düşməlidir ki, bu cür ideologiya ilə Ermənistanı tam siyasi və iqtisadi iflasa, dövlətçiliyin itirilməsinə doğru aparır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Ermənistan
Digər xəbərlər
XİN: Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur
Siyasət 13 Dekabr 18:22
Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib - DSX rəisi
Siyasət 13 Dekabr 16:39
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur
Dağlıq Qarabağ Münaqişəsi 12 Dekabr 19:22
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
Siyasət 12 Dekabr 19:02
Basketbol üzrə Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
İdman 11 Dekabr 16:10
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Dünya xəbərləri 9 Dekabr 20:52
Xəbər lenti
ANAMA: 01 yanvar-14 dekabr 2019-cu il tarixlərində 216 operativ əməliyyat çıxışı olunub
Gündəm 04:26
Abşeronda əl qumbarası və UZRQM partladıcısı aşkar olunub (FOTO)
Gündəm 03:59
Zibilə atılan 70000$ yiyəsi tərəfindən tapılıb
Maraqlı 03:23
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Gündəm 02:17
Mərkəzi İncəsənət Məktəbində Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad olunub
Cəmiyyət 01:25
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
Cəmiyyət 00:24
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib (FOTO)
Cəmiyyət 14 Dekabr 23:18
Nigeriyada Boko Haram silahlıları şəhərə hücum edərək 15 nəfəri öldürüblər
Dünya xəbərləri 14 Dekabr 23:00
Dəyəri 12 min manat olan qol saatını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə 14 Dekabr 22:00
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri