Bakı. Trend:
Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir Kəmər Bir Yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Trend-ə verilən məlumata görə, görüş zamanı mərkəz sədri müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlər və əldə etdiyi nailiyyətlər barədə təqdimatla çıxış edib, Çin-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb.
Bildirilir ki, təqdimat ətrafında aparılan müzakirələrdən sonra iki beyin mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.