...

Qaradağın bütün seçki məntəqələrində səsvermə mütəşəkkil keçir (FOTO)

Siyasət Materials 9 Fevral 2020 11:14 (UTC +04:00)
Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur.
Qaradağın bütün seçki məntəqələrində səsvermə mütəşəkkil keçir (FOTO)

Bakı. Trend:

Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur.

Trend-in məlumatına görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi 32 məntəqədə fəallıq daha yüksəkdir.

Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirib ki, 32 məntəqədə (5 qapalı) 47 min 123 seçici səs verəcək. Heç bir qanun pozuntusu müşahidə olunmayıb. Seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.

“İnanıram ki, fevralın 9-da seçicilər dövlətini, xalqını sevən, yüksək peşəkarlığı və təşəbbüskarlığı ilə seçilən namizədlərə səs verəcəklər”, - deyən dairə seçki komissiyasının sədri seçkilərin şəffaf və ədalətli şəkildə aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, hər bir namizəd üçün bərabər şərait yaradılıb.

O deyib: “Əminəm ki, parlament seçkilərinin nəticələri də Azərbaycan xalqının iradəsini ifadə edəcək. Yeni formalaşacaq parlament sürətlə inkişaf edən ölkəmizin daha da güclənməsində mühüm rol oynayacaq”.

7 saylı seçki məntəqəsinin sədri Allahverdi Abbasov bildirib ki, seçkinin bütün qaydalarına əməl olunur. Seçicilərin rahat səs vermələri üçün məntəqədə hər cür şərait yaradılıb. Müşahidəçilər də seçkilərin gedişini yüksək qiymətləndirirlər.

“Heç bir narahatlıq yoxdur. Seçicilər gəlib istədikləri namizədə səs verirlər. Biz seçkilərin gedişindən razıyıq”. Bu sözləri isə müşahidəçi Xəyal Mustafayev deyib.

Neftçi İlham Həsənov: “Seçki məntəqəsində yaradılan şəraitdən razıyam. Mən ürəyim istədiyi namizədə səs vermişəm”.

Müstəqil müşahidəçilər də əhalinin seçkilərdə fəal iştirakını vurğulayıblar. Bildiriblər ki, seçkilər normal qaydada gedir. Hələlik seçki pozuntusu qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti