...

Azərbaycan hökumətinin hesabatı Milli Məclisdə müzakirə olunacaq

Siyasət Materials 2 Aprel 2020 13:38 (UTC +04:00)
Azərbaycan hökumətinin hesabatı Milli Məclisdə müzakirə olunacaq
Azərbaycan hökumətinin hesabatı Milli Məclisdə müzakirə olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin aprelin 7-də növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatıa görə, iclasda Azərbaycan hökumətinin 2019-cu il üzrə hesabatı müzakirə ediləcək.

Bundan başqa, gündəliyə “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (II oxunuş), “Azərbaycan Respublikası Milli Məclisin daxili nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (II oxunuş), “Azərbaycan Respublikası Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi və Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020), Azərbaycvan Respublikası yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə bağlı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (II oxunuş) salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti