Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı dinlənilib və müzakirə edilib.
Trend-in məlumatına görə, iclasda Baş Nazir Əli Əsədov videohesabat verib.
Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, deputatların rəy və təklifləri ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.