...

“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)

Siyasət Materials 4 İyun 2020 15:19 (UTC +04:00)
“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışda döyüş maşını üzərində motoatıcı bölmələrin hazırlığı yoxlanılır, heyətlərin bilik və bacarıqları artırılır, döyüş vərdişləri təkmilləşdirilir.

Hərbi qulluqçular sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirir, eləcə də verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti