...

Türkiyə parlamenti Ermənistanın işğalçı siyasətini qətiyyətlə pislədi

Siyasət Materials 17 İyul 2020 11:55 (UTC +04:00)
Türkiyə parlamenti Ermənistanın işğalçı siyasətini qətiyyətlə pislədi

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (TBMM) Ermənistanın işğalçı siyasətini pisləyən bəyanat yayıb.

Bu barədə Trend TBMM-in rəsmi saytına istinadən məlumat verir.

Bəyanatda qeyd olunur ki, TBMM Ermənistan silahlı qüvvələrinin bu il iyulun 12-dən başlayaraq Azərbaycana qarşı hərbi təxribatını qətiyyətlə pisləyir:

“Ermənistan səhv bir yoldadır. İllərdir Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf bölgələri işğal altında saxlayan Ermənistan Cənubi Qafqazda sülh və stabilliyə böyük əngəl yaratmaqdadır. Beynəlxalq ictimaiyyəti hüquq və qanuna məhəl qoymayan Ermənistanın bu davranışına lazımi reaksiya göstərməyə dəvət edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi bir daha təkrar edirik.

Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan ərazisindən çıxmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti